“Bavariya” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Matc.az xəbər verir ki,  Münhen təmsilçisi qapıçısı Sven Ulrayxla razılığa gəlib. Komanda 35 yaşlı Ulrayxla müddəti 2025-ci ilin iyun ayının sonunadək qüvvədə olacaq yeni sözləşmə bağlayıb.

Qeyd edək ki, “Bavariya” daha öncə komandanın əsas qapıçısı Manuel Noyerlə müqaviləsini eyni müddətə yeniləyib. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest