"Şəfa" klubu futbolçusu Ramin Nəsirli ilə müqavilə müddətini uzatdığını rəsmən elan edib.

"Şəfa" klubu futbolçusu Ramin Nəsirli ilə müqavilə müddətini uzatdığını rəsmən elan edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti ictimaiyyətə təqdim edib.

Rəsmi açıqlamaya görə, 23 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Ramin Nəsirli 2025-ci ilin yayından etibarən "Şəfa"nın uğurları üçün çıxış edir.

Paytaxt təmsilçisi buna qədər heyətin aparıcı üzvlərindən olan Tərlan Quliyev və Elnur Cəfərovla da yeni müqavilə bağlayaraq komandada saxlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest