"Real" rəhbərliyi UEFA-nı Neqreyra işi ilə bağlı yeni dəlillərin mövcudluğu barədə məlumatlandırıb.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti rəsmi sayt vasitəsilə bəyanat yayıb.
Paytaxt təmsilçisi İspaniya Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən "qeyri-şəffaf ödənişlər"i təsdiqləyən sübutlar irəli sürüb. "Real" UEFA tərəfindən əvvəllər başladılan istintaqın dərhal bərpa olunmasını tələb edib. Klub rəsmiləri bu məsələnin uzadılmasının qəbuledilməz olduğunu, çünki belə halların futbola, onun qurumlarına və rəhbərliyinə olan etimadı sarsıtdığını bildiriblər.
Xatırladaq ki, "Barselona"ya qarşı rüşvət ittihamları ilk baxışda 2023-cü ildə irəli sürülüb. Mediada yayılan məlumatlara görə, Kataloniya klubunun 2001-2018-ci illər arasında Neqreyraya pul köçürdüyü iddia edilir.
Qeyd edək ki, "Barselona" hazırkı İspaniya futbol çempionudur. "Real" isə 2025/2026 mövsümünü La Liqada ikinci pillədə başa vurub.













