Qadın voleybolçular arasında dünya çempionatında yarımfinal oyunları keçirilib. Matç.az saytı xəbər verir ki, Yaponiyadakı mundialın ilk finalçısı Serbiya – Hollandiya matçında müəyyənləşib.

3:1 (25:22, 26:28, 25:19, 25:23) hesabı ilə qalib gələn balkanlılar çempionatın ilk finalçısı olub. Digər qarşılaşmada İtaliya çini məğlub edib – 3:2 (25:18, 21:25, 25:16, 29:31, 17:15).

Mundialın həlledici görüşləri sabah baş tutacaq. 5-ci yer uğrunda oyunda Yaponiya ilə ABŞ, üçüncülük matçında Hollandiya və çin qarşılaşacaq. Dünya çempionunun adı İtaliya – Serbiya oyununda bəlli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest