La Liqanın rəhbəri Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappenin İspaniya çempionatına gözlənilən transferindən danışıb.
 
Matc.az xəbər verir ki, ispaniyalı funksioner fransalı futbolçunun gəlişinə müsbət baxdığını bildirib:
 
"Mbappe La Liqanın daha da böyüməsinə kömək edəcəkmi? Ən yaxşı oyunçuları əldə etmək inkişafı sürətləndirir. Onun bizim çempionata qatqısı böyük olacağına inanıram. 
 
Təbii ki, böyük adların olması daha yaxşıdır. Joze Mourinyo və ya Pep Qvardiola kimi məşqçilərin olması da bizə kömək edə bilər. Ancaq unutmayaq ki, Kriştiano Ronaldo, Neymar və ya Lionel Messi kimi oyunçular getsə də, La Liqa öz işinə əla davam edir".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest