"Ay-ulduzlular" Uruqvayın İsveçi 3:0 hesabı ilə məğlub etdiyi 1974-cü ildən bəri dünya çempionatı oyununda rəqib qapısına 30 və ya daha çox zərbə endirən ilk məğlub komanda olub.

2026-cı il dünya çempionatının D qrupunun ilk oyun günündə Türkiyə millisi Avstraliyaya 0:2 hesabı ilə uduzub. "Ay-ulduzlular" Uruqvayın İsveçi 3:0 hesabı ilə məğlub etdiyi 1974-cü ildən bəri dünya çempionatı oyununda rəqib qapısına 30 və ya daha çox zərbə endirən ilk məğlub komanda olub.

Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

Həmçinin qeyd olunur ki, Türkiyə seçməsi 2006-cı il dünya çempionatının 1/4 finalındakı İngiltərə - Portuqaliya (0:0, penaltilərlə 1:3) görüşündən bəri bu qədər çox zərbə vurub rəqib qapısına yol tapa bilməyən ilk komanda kimi tarixə düşüb.

Qrup mərhələsinin ikinci oyun günündə Türkiyə Paraqvay (20 iyun), üçüncü oyun günündə isə ABŞ (26 iyun) ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest