“Futbolçular göstərişlərə əməl etdilər. Birinci hissədə qol epizodlarımız çox idi“

“Həftə ərzində oyunçularımıza rəqibin üstün və zəif tərəflərini göstərmişdik”. 

Matc.az xəbr verir ki, bunu “Sabah”ın məşqçisi Ruslan Qafitullin deyib.

Azərbaycan Premyer Liqasının XXV turunda “Araz-Naxçıvan”a qalib gələn komandanın çalışdırıcısı ələ düşən fürsətlərən istifadə etdiklərini bildirib: “Futbolçular göstərişlərə əməl etdilər. Birinci hissədə qol epizodlarımız çox idi. İstifadə edə bilmədik. İkinci yarıda oyun bir az bərabərləşdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bildik. Yeni baş məşqçi ilə bağlı mənim məlumatım yoxdur hələ. Nəsə deyə bilmərəm. Hakimlərdən danışmağı xoşlamıram. Bəzi məqamlarda narazı idik. Rəqibin cərimə meydançasında futbolçumuza açıq ayaqla vurdular”.

Qeyd edək ki, “Sabah” “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest