“Leypsiq”in hücumçusu Benjamin Şeşko yayda İngiltərəyə köçə bilər. Matc.az xəbər verir ki, “Mançester Yunayted” 20 yaşlı forvardı heyətinə qatmaq ehtimalını nəzərdən keçirir.

Uğursuz mövsüm keçirən “qırmızı şeytanlar” yayda heyətdə köklü dəyişikliklərə gedəcək. Rəhbərlik xüsusən də hücum xəttini alternativli etmək niyyətindədi. İngiltərə nəhənginin arzuladığı oyunçulardan biri də məh Sloveniya millisinin üzvü Şeşkodu. Ona Rasmus Hoylunda rəqib gözü ilə baxılır.

Qeyd edək ki, Benjamin Şeşko “Leypsiq”ə ötən il “Zalsburq”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest