“Qəbələ”də ilk ayrılıq reallaşıb. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi israilli futbolçu Feras Abu Akalla vidalaşıb. “Qırmızı-qaralar” bunu sosial şəbəkə vasitəsilə bəyan edib. Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Qəbələ”də ilk ayrılıq reallaşıb. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi israilli futbolçu Feras Abu Akalla vidalaşıb.

“Qırmızı-qaralar” bunu sosial şəbəkə vasitəsilə bəyan edib. Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin yayından “Qəbələ”də çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest