Rafael Benitesin işsiz günləri yenə qısa çəkə bilər. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssisin karyerasını bu dəfə Braziliyada davam etdirmək şansı yaranıb.

Çünki 64 yaşlı çalışdırıcı “San Paulo” ilə danışıqlar aparır. Ancaq o, bu postu tutmaq üçün favorit sayılmır. Namizədlər arasında Pep Qvardiolanın “Mançester Siti”dəki sabiq köməkçisi Domenek Torrent və portuqaliyalı Karlos Karvalyal da var.

Qeyd edək ki, Rafael Benites son olaraq bu il ayrıldığı “Selta”nı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest