Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Ölkəmizi mötəbər turnirdə təmsil edən "Sabah" səfərdə Uelsin TNS komandası ilə qarşılaşacaq.
Matc.az xəbər verir ki, ilk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən təmsilçimiz növbəti mərhələyə yüksəlmək üçün üstünlüyünü qorumağa çalışacaq.
Bildirilir ki, Osvestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu oyunun ümumi nəticəsində qalib gələcək komanda II təsnifat mərhələsində "Vardar" (Şimali Makedoniya) – "KuPS" (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
14 iyul
21:30. TNS – "Sabah"
Baş hakim: Mateu Buskets Ferrer
Baş hakimin köməkçiləri: İniqo Prieto, Qonzalo Qarsiya
Dördüncü hakim: Miqel Anhel Ortis
VAR: Alexandro Muniz Ruis
AVAR: Xose Luis Munuera Montero
Dəstək VAR hakimi: Karlos del Serro Qrande
"Park Hall" (Osvestri)












