"Real" klubunun rəhbərliyi 34 yaşlı qapıçı Tibo Kurtua ilə yeni müqavilə imzalamaq niyyətindədir. Madrilid təmsilçisi belçikalı qolkiperi uzun müddət komandada saxlamağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, təcrübəli çərçivə qoruyucusu ötən yayın "transfer pəncərəsi"ndə də sözləşməsinin müddətini uzatmağa razılıq vermişdi və tərəflər 2027-ci ilə qədər qüvvədə olacaq əməkdaşlıq barədə razılığa gəlmişdilər. Lakin Madrid klubu indi qolkiperə daha uzunmüddətli yeni şərtlər təklif etmək qərarına gəlib.
Qeyd edək ki, tərəflər arasında rəsmi danışıqların yay "transfer pəncərəsi" bağlandıqdan sonra başlayacağı gözlənilir. "Real" rəhbərliyi Kurtuanı hələ də komandanın əsas fiqurlarından biri hesab edir və yaxın mövsümlərdə onunla yolları ayırmağı qətiyyən düşünmür.












