"Brayton" heyətini yeni futbolçu ilə gücləndirib. "Qağayılar" Xorvatiya millisinin müdafiəçisi Luka Vuşkoviçi transfer ediblər.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, daha əvvəl Londonun "Tottenhem" klubunda çıxış edən xorvatiyalı oyunçu ilə müddəti daha 12 ay uzadıla bilmək şərti ilə 5 illik müqavilə imzalanıb.

"Brayton" bu keçid üçün "Tottenhem"ə ilk olaraq 46 milyon funt-sterlinq (53,8 milyon avro) təzminat ödəyəcək. Əlavə bonuslarla birlikdə transfer paketinin ümumi məbləğinin 50 milyon funt-sterlinqi (58,5 milyon avro) keçəcəyi vurğulanıb.

Qeyd edək ki, Luka Vuşkoviç ötən 2025/2026 mövsümündə bütün turnirlərdə ümumilikdə 30 matçda iştirak edib və 6 qol vurmaqla diqqət çəkib. "Transfermarkt" portalında müdafiəçinin hazırkı bazar dəyəri 60 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest