“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının XXXIV turunda “Fulhem”i məğlub etdikləri (3:1) oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasından razı qalıb.
 
O, çempionluq şansları barədə də danışıb: “Adətən “Fulhem” bizə daha çox problem yaradır. Ona görə də bu dəfə doğru zamanda yaxşı oyun oldu. Çempionluq yarışında qalmaq niyyətindəyik”.
 
Qeyd edək ki, hazırda “Liverpul” və “Arsenal”ın aktivində 74 xal var. 73 xalla üçüncü sırada qərarlaşan “Mançester Siti”nin ehtiyatında bir matç var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest