Belə ki, 2 futbolçu baş məşqçi Kaxaber Sxadadzenin ixtiyarında olmayacaq. Bunlar Ülvi İsgəndərov və Samuel Tettehdi. Zədə səbəbindən son məşqlərdə iştirak etməyən adıçəkilən oyunçular bugünkü görüşü buraxacaq.

“Qəbələ” Azərbaycan Kubokunun yarımfinal mərhələsində bu gün “Zirə” ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, “qırmızı-qaralar” ev oyununa ideal heyətlə çıxa bilməyəcək.
 
Belə ki, 2 futbolçu baş məşqçi Kaxaber Sxadadzenin ixtiyarında olmayacaq. Bunlar Ülvi İsgəndərov və Samuel Tettehdi. Zədə səbəbindən son məşqlərdə iştirak etməyən adıçəkilən oyunçular bugünkü görüşü buraxacaq.
 
Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Zirə” qarşılaşması saat 17:00-da başlayacaq. Komandaların ilk duelində bakılılar 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest