27 Aprel 2024, 10:27
FUTBOL
İspaniya La Liqasının 33-cü turunda "Real" səfərdə "Real Sosyedad"la qarşılaşıb.
Matc.az xəbər verir ki, görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 29-cu dəqiqədə türkiyəli yarımmüdafiəçi Arda Gülər vurub.
Xalını 84-ə yüksəldən Karlo Ançellotinin yetirmələri ən yaxın izləyicisini 14 xal qabaqlayır.