Dortmund “Borussiya”sı “Çelsi”nin müdafiəçisi Yan Matsenlə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Almaniya klubu 22 yaşlı futbolçunu birdəfəlik transfer etməyi planlaşdırır.

Niderland millisinin üzvü hazırda icarə əsasında formasını geyindiyi “Borussiya” üçün prioritet hesab edilir. Futbolçu özü də Dortmund komandasında qalmaqda maraqlıdı. “Çelsi”nin müdafiəçisinin sərbəst qalma məbləği 35 milyon avrodu. Lakin “Borussiya” qiyməti aşağı salmağa çalışacaq.

Qeyd edək ki, Yan Matsen bu mövsüm “Borussiya”nın heyətində 16 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest