Daha bir tanınmış sima Səudiyyə Ərəbistanında işləyə bilər. Matc.az xəbər verir ki, bu dəfə Cennaro Qattuzonun ərəb ölkəsində fəaliyyət göstərmək variantı yaranıb.

“Milan” və “Napoli”nin sabiq çalışdırıcısı Burayda şəhərinin “Əl-Taavon” klubu ilə danışıqlara başlayıb. 46 yaşlı mütəxəssisin adıçəkilən komanda ilə anlaşması gözlənilir. Qattuzonun son iş yeri bu ilin fevralında tərk etdiyi “Marsel” olub.

Qeyd edək ki, “Əl-Taavon” hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest