21 May 2024, 10:24
FUTBOL
"LKS Lodz" bu görüşdə 1:2 hesabı ilə uduzub. Rahil də bu matçda iştirak edib. Start heyətində meydana çıxan Məmmədov oyunu əvəzlənmədən keçirib.
Azərbaycan yığmasının futbolçusu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, onun formasını geyindiyi "LKS Lodz" klubu Ekstraklasanın XXXIII turunda səfərdə "Zaqlebie" ilə üz-üzə gəlib.
"LKS Lodz" bu görüşdə 1:2 hesabı ilə uduzub. Rahil də bu matçda iştirak edib. Start heyətində meydana çıxan Məmmədov oyunu əvəzlənmədən keçirib.
Qeyd edək ki, aktivində 21 xalı olan "LKS Lodz" turnir cədvəlində sonuncudu. Rahilin komandası növbəti mövsümdə aşağı liqada oynayacaq.