Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının finalında “Real” ilə qarşılaşmada hansı futbolçusunun oynamayacağını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

“Təəssüf ki, Ramy Bensebaini, Julien Duranvil və Mateu Morey bu şənbə günü oynaya bilməyəcəklər. Qalan futbolçulara gəlincə, onlar hazırdır”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalında “Real” – “Borussiya” qarşılaşması iyun ayının 1-də, saat 23:00-da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest