16 İyul 2024, 18:32
FUTBOL
“Əl-İttihad” Kərim Benzema və N'Qolo Kante kimi oyunçuları olmasına baxmayaraq, ötən mövsüm uğursuzluğa düçar oldu və Səudiyyə Ərəbistanı çempionatını yalnız beşinci yerdə başa vurdu.
Matc.az xəbər verir ki, klubun sahibəri komandaya daha çox maliyyə ayıraraq bunu düzəltməyə hazırdırlar.
“Əl-İttihad” vinger Mussa Diabi üçün “Aston Villa”ya transfer təklifi göndərib. Səudiyyə klubu 25 yaşlı futbolçu üçün rekord məbləğ olan 55 milyon avro təklif edir. Birmingem klubunun bu təklifə necə cavab verəcəyi hələ məlum deyil.
Qeyd edək ki, bu məbləğ “Əl-İttihad”ın transfer rekordunu təxminən 10 milyon avro ötəcək. Hal-hazırda ən yüksək məbləğ 46,7 milyon avro ilə “Liverpul”dan keçən yay transfer edilən Fabinyoya məxsusdur.