09 Avqust 2024, 17:56
FUTBOL
“Barselona” “Atletik”in hücumçusu Niko Uilyamsın alternativini tapıb. Matc.az xəbər verir ki, İspaniya klubu “Bavariya”nın ön xətt oyunçusu ilə danışıqlara başlayıb.
28 yaşlı fransız kataloniyalılara təklif olunub. Ancaq “Barsa” rəhbərliyi əvvəlcə Uilyamsın son qərarını gözləyir. Ondan “yox” cavabı alınarsa, o zaman Koman və klubu ilə təmas intensivləşəcək.
Qeyd edək ki, Kinqsli Koman 2017-ci ildən “Bavariya”da çıxış edir.