11 Sentyabr 2024, 12:43
FUTBOL
“Arsenal” “Tottenhem”ə qarşı qırmızı formada oynamayacaq. Matc.az xəbər verir ki, “topçular” Premyer Liqanın IV turu çərçivəsində London klubunun qonağı olacaq.
Sentyabrın 15-də baş tutacaq görüşdə “Arsenal” qara formadan istifadə etmək məcburiyyətində qalacaq. Premyer Liqa və PGMOL (İngiltərədə hakimliyə cavabdeh olan təşkilat) “Tottenhem” üçün ənənəvi ağ rəng bolluğuna görə klubun ev formasında oynamasına icazə vermir.
“Arsenal” 38 ildən sonra ilk dəfə Şimali London derbisində qırmızı forma geyinməyəcək. Bu barədə kluba mövsüm başlamazdan əvvəl xəbərdarlıq edilib.