“Mançester Siti”nin idman direktoru Txiki Beqiristayn mövsümün sonunda klubu tərk etmək niyyətindədi. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə rəhbərliyi məlumatlandırıb.

İspan 2012-ci ildən “şəhərlilər”də çalışır. O, 2016-cı ildə Pep Qvardiolanın baş məşqçi təyin olunmasında mühüm rol oynayıb.

Qeyd edək ki, “Mançester Siti” 7 turdan sonra Premyer Liqada 17 xalla turnir cədvəlində ikinci yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest