2025-ci ildən MLS-də çıxış etməyi planlaşdıran Amerikanın “San Dieqo” klubunun ortaq sahibi olan Məhəmməd Mənsur iki ulduz futbolçuya göz dikib. Matc.az xəbər verir ki, o, “Liverpul”un vingeri Məhəmməd Salah və “Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyneyə elçi düşüb.

Klub sahibi hər iki ulduzun transferini maliyyələşdirməyə hazırdı. “San Dieqo” onları almaq üçün Səudiyyə Ərəbistanı klubları ilə rəqabət aparacağını bilir.

Qeyd edək ki, həm De Bruyne, həm də Salahın klubu ilə müqaviləsi mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest