30 İyul 2026, 20:32
FUTBOL
"Sumqayıt" komandası Qəbələ toplanışı çərçivəsində hazırlıq prosesini davam etdirərək növbəti yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Sumqayıt təmsilçisi yeni mövsümə hazırlıq məqsədilə təşkil olunan qarşılaşmada Misli Premyer Liqasındakı rəqiblərindən olan "Şamaxı" ilə üz-üzə gəlib.
Gərgin keçən görüş "Sumqayıt"ın 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.













