10 Oktyabr 2024, 00:54
FUTBOL
Kriştiano Ronaldo "Əl-Nəsr"də gələcəyi ilə bağlı klub rəhbərliyi ilə görüş keçirib.
Matc.az xəbər verir ki, tərəflər 39 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq üçün şərtləri müzakirə ediblər.
Danışıqlarda Səudiyyə Ərəbistanının Turizm Nazirliyinin nümayəndələri də iştirak edib.
Xatırladaq ki, Ronaldo "Əl-Nəsr"ə 30 dekabr 2022-ci ildə keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Portuqaliyalı futbolçu bu mövsüm "Əl-Nəsr"ın heyətində bütün turnirlərdə 9 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.