"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın düşərgəsində köməkçisi olan oğlu Davide Ançelotti ilə cinah oyunçusu Arda Gülərin klubdakı rolu ilə bağlı fikir ayrılığı yaranıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Bildirilir ki, Davide türk futbolçunun komandada daha ciddi rol oynamasını və daha tez-tez start heyətdə meydana çıxmasını istəyir.
Öz növbəsində, italiyalı baş məşqçi hesab edir ki, 19 yaşlı futbolçu İspaniya La Liqası və Çempionlar Liqasında çoxlu sayda oyuna hazır deyil. O, Gülərin tam hazır olmadığını və əsas heyətə tədricən daxil etməyi düşünür.
Qeyd edək ki, Arda Gülər bu mövsüm bütün turnirlərdə 10 qarşılaşmada iştirak edib. Türk futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.