Belçika millisinin, “İnter”in və “Roma”nın sabiq futbolçusu Radca Nainqqolan narkotik qaçaqmalçılığına görə həbsxanada keçirdiyi vaxtlardan danışıb. Matc.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi həmin günlərin utancverici olduğunu bildirib.

Nainqqolan günahsız olduğunu söyləyib: “Həbsxana çox qəribə təcrübə idi. Bunu heç vaxt təkrarlamaq istəməzdim. Adımın palçıqda sürüklənməsini görmək, narkotik alverçisi kimi göstərilmək xoşagəlməzdir. Əminəm ki, heç bir günahım yoxdu”.

Nainqqolan “İnter”lə İtaliya, “Antverpen”lə isə Belçika çempionu olub.

Qeyd edək ki, yanvarın 27-də Belçika hüquq-mühafizə orqanlarının əməkdaşları 36 yaşlı futbolçunu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest