17 Fevral 2025, 16:48
FUTBOL
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen komandasını dəyişməli olacaq. Matc.az xəbər verir ki, Premyer Liqa klubu onunla yeni müqavilə imzalamaq fikrində deyil.
“Qırmızı şeytanlar” 33 yaşlı futbolçunun xidmətində maraqlı olmadığından, danimarkalı yayda azad agent statusu daşıyacaq. Çünki onun hazırkı sözləşməsi mövsümün sonuna qədərdi.
Qeyd edək ki, Kristian Eriksen bu mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 4 qol və 4 assistlə yadda qalıb.