"Avropa Liqasına hazırlıqlarımıza ölkə çempionatı bitdikdən bir neçə gün sonra başladıq". Matc.az saytının məlumatına görə, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Vüqar Bayramov deyib.

Yığmamız sabah start götürəcək Gümüş Avropa Liqası çərçivəsində ilk oyununu Rumıniyaya qarşı keçirəcək.

Bayramov sabahkı görüşdə meydan amilindən yararlanmağa çalışacaqlarını söyləyib: "Gümüş Avropa Liqasına hazırlıq ərəfəsində Gürcüstanla yoldaşlıq görüşləri keçirdik. Sabah Rumıniya ilə görüşəcəyik. İlk oyunumuzun doğma meydançamızda olması bizim üçün böyük üstünlükdü. Hər zaman olduğu kimi, yenə qələbə üçün meydana çıxacağıq. Qeyd edə bilərəm ki, bizi qarşıda maraqlı və gərgin oyunlar gözləyir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest