"Milan"ın futbolçusu Noa Okafor Türkiyə Super Liqasında çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

"Beşiktaş" isveçrəli vingeri heyətinə qatmaq istəyir. İstanbul klubu Okaforu icarəyə götürməyi planlaşdırır. "Qara qartallar" 25 yaşlı oyunçu üçün "Milan"la danışıqlara başlayacaq.

Qeyd edək ki, Noa Okafor başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Napoli"də keçirib. İsveçrə millisinin üzvü Neapol təmsilçisinin heyətində 4 rəsmi matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest