"Mixal Probyer bu vəzifəni tutduğu müddətdə yığmada oynamaqdan imtina etmək qərarına gəldim".

"Barselona"nın hücumçusu Robert Levandovski sosial şəbəkə hesabında Polşa millisindəki karyerasını dayandırdığını açıqlayıb.

Matc.az xəbər verir ki, o, millinin baş məşqçisinə görə bu qərarı verdiyini deyib.

"Vəziyyəti və Polşa millisinin baş məşqçisinə inamın itirilməsini nəzərə alaraq, o, bu vəzifəni tutduğu müddətdə yığmada oynamaqdan imtina etmək qərarına gəldim. Ümid edirəm ki, gələcəkdə dünyanın ən yaxşı azarkeşləri üçün oynaya biləcəyəm", - Levandovski yazıb.

Qeyd edək ki, Mixal Probyer 2023-cü ilin sentyabrında Polşa millisinin başına keçib. Onun rəhbərliyi altında AVRO-2024-dən ilk olaraq polşalılar kənarlaşdırılıb, daha sonra Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kulesza millinin baş məşqçisini tam dəstəklədiyini bildirib.

36 yaşlı Robert Levandovski 85 qolla milli komandanın tarixinin ən yaxşı bombardiridir. O, 2008-ci ildən milli komandada çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest