09 İyun 2025, 10:31
MPL
30 yaşlı futbolçu 54-cü dəqiqədə meydana daxil olub.
Gürcüstan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Matc.az xəbər verir ki, Villi Sanyolun rəhbərlik etdiyi kollektiv Kabo-Verde seçməsi ilə üz-üzə gəllib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Gürcüstan millisinin formasını geyinən "Zirə"nin hücumçusu Davit Volkov da bu görüşün iştirakçısı olub. 30 yaşlı futbolçu 54-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, Gürcüstan yığması 5 iyun tarixində yoxlama matçında Farer adalarına 1:0 hesabı ilə qalib gəlmişdi.