İtaliya millisinin baş məşqçisi Luçano Spaletti keçirdiyi mətbuat konfransında bildirib ki, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ona tutduğu vəzifədən istefası barədə məlumat verib.
Matc.az xəbər verir ki, 66 yaşlı mütəxəssis bu gün baş tutacaq DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Moldova ilə oyunda sonra bu postu tərk edəcək.
"Dünən axşam danışdıq və o, mənə dedi ki, milli komandanın baş məşqçisi vəzifəsindən azad olunacağam. Çox təəssüf edirəm, amma təslim olmaq fikrində deyiləm. Mən qalıb işimi görmək istərdim, xüsusən də işlər pis gedəndə. Ancaq bu, işdən çıxarılmadır və mən bunu qəbul etməliyəm. Mən həmişə ölkəmə xidmət etmişəm və milli komandamın işini daha asan həll edilməsini istəyirəm. Biz daha yaxşı həll yolu axtarmalıyıq, mənim müqaviləmə xitam veriləcək", - deyə Spalletti bildirib.
Xatırladaq ki, iyunun 6-da İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Norveçə darmadağın olmuşdu. 66 yaşlı mütəxəssis 2023-cü ilin sentyabrından İtaliya komandasına rəhbərlik edir.