"Tottenhem"in futbolçusu İv Bissuma Türkiyədə çıxış edə bilər.

Matc.az xəbər verir ki,  bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" malili yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Super Liqa nəhənginin planı Bissumanı məcburi satınalma bəndi ilə icarəyə götürməkdir. "Fənərbaxça" İngiltərə klubuna 5 milyomn avro icarə haqqı, 15 milyon avro isə satınalma məbləği təklif edəcək.

Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ilin yayında "Brayton"dan transfer edib. 28 yaşlı dayaq yarımmüdafiəçisi ötən mövsüm London təmsilçisinin heyətində  keçirdiiyi 44 rəsmi matçda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest