01 İyul 2025, 18:52
FUTBOL
"Arsenal" "Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa ilə müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Daha əvvəl mətbuatda "Arsenal"ın 30 yaşlı qolkiper üçün "Çelsi"yə 5 milyon funt sterlinq (5,85 milyon avro) ödəyəcəyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Arrizabalaqa 2024/2025 mövsümünü icarə əsasında "Bornmut"da keçirib. Bu müddət ərzində o, bütün yarışlarda 35 oyun keçirib, 9 görüşdə qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 10 milyon avrodur.