Qazaxıstan Premyer Liqasında XIII turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" doğma azarkeşləri önündə çıxış edib.

Rəqib Karaqandi "Şaxtyor"u olub. Görüş "Tobol"un 2:0 hesablı qələbəsi ilə nəticələnib. Oyuna start heyətdə başlayan Balayev 73-cü dəqiqədə rəqibin penalti zərbəsini dəf edib.

Bu qalibiyyətdən sonra xallarının sayını 29-a çatdıran "Topol" turnir cədvərlinin 2-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest