04 Sentyabr 2025, 16:03
DÇ-2026
İtaliya milli komandasının heyətində itki baş verib.
Matc.az xəbər verir ki, son Avropa çempionlarının hücumçusu Canluka Skamakka sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuaat xidməti məlumat yayıb.
"Atalanta"nın futbolçusu yığmanın düşərgəsini tərk edib.
Qeyd edək ki, İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Estoniya və İsraillə qarşılaşacaq.