Azərbaycan boksçusu Zaur Qəhrəmanov Liverpulda dünya çempionatına qələbə ilə başlayıb.

Matc.az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan milli 1/32 finalda Denis Brillə (Almaniya) qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (27:30, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.

O, 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək.

Qeyd edək ki, görüş sentyabrın 7-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest