08 Sentyabr 2025, 10:55
DÇ-2026
İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Türkiyə ilə səfər oyunundan sonra pasportunu itirib.
Matc.az xəbər verir ki, bu barədə "Bəyaz TV"də görüntülər paylaşılıb. 18 yaşlı vinger matçdan sonra pasportunu axtararkən kameralara tuş gəlib.
Konya şəhərində baş tutan görüş qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb. Yamal pasportunu tapmadan stadionu tərk edib.