Azərbaycan millisinin daha bir boksçusu Liverpulda dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Matc.az xəbər verir ki, komandamızın heyətində Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) bu hüquqa yiyələnib.

O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.

Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yığmamızın heyətində daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest