DÇ-20206-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.

Matc.az xəbər verir ki, L qrupunda Xorvatiya millisi doğma meydanda Monteneqronu qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Monteneqro yığmasının heyətində "Neftçi"nin yarımmüdafiəçisi Edvin Kuç da oyunun iştirakçısı olub. 31 yaşlı futbolçu 74-cü dəqiqədə oyuna qoşulub. "Qarabağ"da çıxış edən Marko Yankoviçin adı matçın protokoluna daxil edilməyib.

5 oyun keçirən Monteneqro seçməsinin aktivində 6 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest