Misli Premyer Liqasının IV turunda "Sumqayıt"ı minimal hesabla məğlub edən "İmişli" komandasına texniki məğlubiyyət veriləcək.

Matc.az xəbər verir ki, buna səbəb İmişli təmsilçisinin protokolda adı olmayan futbolçunu oyuna buraxması olub. 

Belə ki, qarşılaşmanın 67-ci dəqiqəsində adı oyunun sifariş ərizəsində olmayan İbrahim Əliyev Ezekiel Morqanın yerinə meydana çıxıb. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest