Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

Matc.az xəbər verir ki, üçüncü yarış günündə bir sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabıyla qalib gəlib. Debütant bürünc medal uğrunda qarşılaşmada isə iranlı Mohammad Noxodilarimiyə (2:4) məğlub olaraq, dünya çempionatını 5-ci yerdə başa vurub.

Osman Nurmaqomedov (92 kq) isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib. Görüş boyunca üstün tərəf olan təmsilçimiz 5:1 hesablı qələbəylə dünya üçüncüsü olub. Bununla da güləşçimiz analoji yarışlarda 4-cü medalını qazanıb.

Beləliklə, millimizin cari mundialda qazandığı medalların sayı 4-ə çatıb. Xatırladaq ki, ötən gün Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medala sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest