"Məncə, Yankoviçdə ciddi görünən bir şey yoxdur. Sadəcə ayağına zərbə olmuşdu. Həm də yorulmuşdu. Ona görə də əvəzləndi".

UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Benfika" ilə matçında zədələnən Marko Yankoviçin durumuna aydınlıq gəlib.

Matc.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisinin zədəsi ciddi deyil. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında məlumat verib.

"Məncə, Yankoviçdə ciddi görünən bir şey yoxdur. Sadəcə ayağına zərbə olmuşdu. Həm də yorulmuşdu. Ona görə də əvəzləndi".

Qeyd edək ki, Marko Yankoviç 77-ci dəqiqədə zədə səbəbindən əvəzlənmişdi. "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu 1 oktyabr tarixində Bakıda "Kopenhagen"ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest