15 Oktyabr 2025, 16:14
FUTBOL
"Barselona" Frenki de Yonqun müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniya çempionunun rəsmi saytı məlumat yayıb.
Niderlandlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. 28 yaşlı futbolçunun əvvəlki müqüaviləsi gələn ilin yayında başa çatırdı.
Qeyd edək ki, Frenki de Yonq bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 8 oyunda 1 qol ötürməsi edib.