“Napoli”nin hücumçusu Rasmus Hoylund Çempionlar Liqasının əsas mərhələsində “Mançester Siti” ilə oyunda fərqləndikdən sonra diqqətçəkən jesti ilə gündəmə gəlib.
Matc.az xəbər verir ki, Mançesterdə keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada danimarkalı futbolçu komandasının ilk qolunu vurub. Daha əvvəl “Mançester Yunayted”də çıxış etmiş hücumçu qol sevincini nümayiş etdirərkən “Mançester Siti” azarkeşlərinə mesaj göndərib.
Hoylund bildirib ki, tribunalardan ünvanına səslənən fitlərə cavab olaraq Mançester şəhərində yalnız bir klubun olduğunu vurğulayıb.
“Qoldan sonra sevincimə gəlincə, qol vurduğum üçün çox xoşbəxt idim. “Mançester Siti” azarkeşləri məni fitə basırdılar. Mən də onlara Mançesterdə yalnız bir klubun olduğunu dedim”, – deyə hücumçu “Sky Sport Italia”ya açıqlamasında bildirib.
Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən görüşdə “Napoli” iki dəfə hesabda önə keçsə də, meydan sahibləri tarazlığı bərpa etməyi bacarıblar. Neapol təmsilçisinin digər qolunu Noa Lanq vurub. “Mançester Siti”nin heyətində isə Ayub Buaddi və Rayan Şerki fərqləniblər.



_1694704723.png)









