08 Noyabr 2025, 14:12
FUTBOL
"Liverpul" yarımmüdafiəçi Dominik Şoboslai ilə yeni uzunmüddətli müqavilə üzrə rəsmi danışıqlara başlamağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
25 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Macarıstanlı futbolçunun müqaviləsini daha 2 il uzatması və maaşının xeyli artması gözlənilir.
Qeyd edək ki8, Şoboslai 2023-cü ilin yayından "Liverpul"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 15 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 85 milyon avrodur.












