14 Noyabr 2025, 11:36
DÇ-2026
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Fransa oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.
Matc.az xəbər verir ki, öncə Fransa millisinin baş məşqçisi Didye Deşam media nümayəndələrinin qarşısına çıxacaq:
15 noyabr
Fransa milli komandası
17:00. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Mətbuat konfransları və açıq məşqlər Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.







 (1)_1763117688.jpg)




